AZ

Avropada anormal istilərin səbəbi açıqlanıb

Qərbi Avropada anormal istilər müşahidə olunur. Bəzi ərazilərdə temperatur demək olar ki, 50°C-ə çatır. Bununla əlaqədar olaraq Avropada ənənəvi olaraq istilərlə mübarizədə effektiv vasitə hesab edilən kondisionerlərdən istifadəyə qarşı kampaniyaya start verilib.

Editor.az bu barədə Forbes-ə istinadla yazır.

İspaniya 1965-ci ildə Sevilyada qeydə alınan ən yüksək temperatur üzrə milli rekordu (45,2°C) qırıb. Şənbə günü Andalusiya əyalətindəki Qranadada temperatur 46°C-yə yüksəlib. Portuqaliyada bu həftə temperaturun 44°C-yə çatacağı gözlənilir.

İtaliya da istilərdən əziyyət çəkir. Bildirilir ki, tibbi qruplar təcili yardım göstərmək üçün Milan, Roma, Venesiya və Florensiyada turistlərin qaynar nöqtələri yaxınlığında növbətçilik edirlər. Buna baxmayaraq, yerli səhiyyə xidmətləri istilik vurması hallarında 10% artım qeydə alıb. İtaliya Təcili Yardım Assosiasiyasının vitse-prezidenti Mario Quarinonun sözlərinə görə, isti vurma halları yüksək temperatur və yüksək rütubətli şəhərlərdə daha çox olur.

Avropada yaxınlaşan anomal istilər səbəbindən elektrik şəbəkələrinin zədələnə biləcəyi daha əvvəl bildirilmişdi.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
12
21
editor.az

10Mənbələr