ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanın Böyük Britaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili iyunun 30-da Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Böyük Britaniyanın Gürcüstandakı səfirliyi yayıb. Bildirilib ki, Britaniya XİN-in yüksək rütbəli nümayəndəsi Londonun Gürcüstanın getdikcə daha çox zərər vuran trayektoriyası ilə bağlı qəti mövqeyini açıq şəkildə bəyan edib və “Gürcü Arzusu”nun Böyük Britaniyaya və Gürcüstandakı beynəlxalq tərəfdaşlarına qarşı bir sıra “saxta ittihamlar”a və “ictimai hücumlar”ına kəskin etirazını bildirib.
Səfirliyin məlumatına görə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib ki, “müxalifət liderlərinin həbsi Gürcüstan hökumətinin azadlıqları məhdudlaşdırmaq və müxalifəti sıxışdırmaq üçün növbəti cəhdidir”.
Qeyd olunub ki, hakimiyyətin seçki proseslərindəki rəqiblərini həbs etməsi “Gürcü arzusu”nun bəyan etdiyi Avro-Atlantik istəkləri ilə uyğun gəlmir və eyni zamanda ölkənin konstitusiya öhdəliklərinə ziddir.
Bəyanatda Gürcüstana qarşı digər tədbirlərin tətbiqinin mümkünlüyü qeyd edilib.
"Gürcüstan demokratiya, azadlıqlar və insan hüquqlarına hörmət yoluna qayıtmasa, Böyük Britaniya hökuməti əlavə tədbirlər görməkdən çəkinməyəcək", - qurumun bəyanatında bildirilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.