AZ

“Azəriqaz” İB rəhbərliyi Şabranda sakinlərin müraciətlərini dinləyəcək

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 1 iyul, AZƏRTAC

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Şabran rayonunda vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da Heydər Əliyev Mərkəzində reallaşacaq.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Şabran və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-95-60; 050-845-95-61) müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
11
azertag.az

10Mənbələr