Bakının Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, İ.Qasımov küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılcaq.
Qaz təchizatı dayandırılan müddətdə İ.Qasımov və S.Rüstəm küçələrinin qaz təchizatında fasilə olacaq.