BAKI, 1 iyul. TELEQRAF
İsrail İranla münaqişədə “son gülləni” atəşkəs tam qüvvəyə minməzdən əvvəl vurub.
Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Avixay Adrai deyib.
O vurğulayıb: “İranın uğursuz hücumundan sonra İsrail ordusu cavab zərbəsi ilə əməliyyatı başa vurub, itki və ya ciddi dağıntı yoxdur”.
İsrail ordusu sözçünün sözlərinə görə, səhər saatlarında İranın atəşkəsi pozan raket atəşinə hərbi cavab verilməsi qərarından sonra İsrail əsgərləri dərhal cavab verib.
Əməliyyatı başa çatdırmaq əmri verildikdə, təyyarələr əvvəlcə İranın radiolokasiya stansiyasına zərbə endirib, öz bazalarına qayıdıblar.