AZ

Gənc qalmağın sirri soxulcanlarda imiş Yeni kəşf

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

Alman bioloqları soxulcanları tədqiq edərkən hüceyrə qocalmasının əsas mexanizmini aşkar ediblər.

Publika.az xəbər verir ki, "Nature Aging" elmi jurnalında dərc edilən tədqiqata görə, Maks Plank Yaşlanma Biologiyası İnstitutunun araşdırması TFEB zülalının orqanizmin qocalma və cavanlaşma proseslərində rolunu üzə çıxarıb.

Təcrübələr göstərib ki, TFEB geni “söndürülmüş” soxulcanlar bir müddət aclıqdan sonra sağalma qabiliyyətini itirirlər. Onların hüceyrələri vaxtından əvvəl qocalmanın bütün əlamətlərini göstərir: zədələnmiş DNT, iltihab markerləri və oksidləşdirici stress.

Tədqiqatın rəhbəri, professor Adam Antebi bildirib ki, kəşf xüsusi əhəmiyyət kəsb edir. Aşkar edilən mexanizmlər məməlilərdəki qocalma proseslərinə bənzəyir. TFEB zülalı hüceyrələrin qida maddələrinə reaksiyasını və kök hüceyrələrin işini idarə edən bir növ "gənclik tənzimləyicisi" kimi çıxış edir.

Alimlər artıq bu modeldən qocalmanı geri qaytara biləcək birləşmələri axtarmaq üçün istifadə edirlər. Bu kəşf yaşla bağlı xəstəliklərin müalicəsində irəliləyişə səbəb ola və hətta xərçənglə mübarizəyə kömək edə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
3
news24.az

10Mənbələr