AZ

ABŞ İsrail üçün 510 milyon dollarlıq döyüş sursatları paketini təsdiqləyib

ABŞ Dövlət Departamenti İsrailə 510 milyon dollar dəyərində sursat, təlimat paketləri və müvafiq dəstək avadanlığının satışını təsdiqləyib.

Operativ Media xəbər verir ki, təsdiqlə bağlı yazılı açıqlama ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) tərəfindən verilib.

Bəyanatda bildirilir ki, DSCA bu gün təsdiqi ABŞ Konqresinə göndərib.

Açıqlamada, İsrailin tələb etdiyi və cəmi 510 milyon dollar dəyərində satışa BLU-109 bombaları üçün 3.845 KMU-558B/B və MK 82 bombaları üçün 3.280 KMU-572 F/B Birgə Birbaşa Hücum Sursat (JDAM) bələdçi dəstlərinin də daxil olduğu bildirilib. Mühəndislik, logistika və texniki dəstək xidmətləri ABŞ hökuməti və podratçı şirkətlər tərəfindən təmin ediləcək.

Açıqlamada, satışın ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəklədiyi, İsrailin təhlükəsizliyinin artırılmasının ABŞ-nin maraqları üçün həyati əhəmiyyət daşıdığı bildirilib.

Seçilən
153
3
operativmedia.az

4Mənbələr