AZ

BVF Ukraynaya 500 milyon dollar məbləğində əlavə kredit ayırıb

Ukrayna iqtisadiyyatında islahatlar və makroiqtisadi sabitlik istiqamətində atdığı addımlarla beynəlxalq maliyyə institutlarının etimadını qazanmaqda davam edir. Beynəlxalq Valyuta Fondu (IMF) daxili qiymətləndirmə prosesi nəticəsində Ukraynaya 500 milyon ABŞ dolları məbləğində əlavə kredit ayırdığını açıqlayıb. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu məbləğlə birlikdə IMF-in Ukraynaya dəstəyi çərçivəsində ümumi kredit həcmi 10,6 milyard dollara çatır. Yeni vəsaitin Ukrayna dövlət büdcəsinə birbaşa dəstək olaraq istifadə ediləcəyi bildirilir. IMF-in məlumatında qeyd olunub ki, 2025-ci il üzrə Ukraynanın iqtisadi artım proqnozu əvvəlki kimi 2-3 faiz səviyyəsində saxlanılır. Bu, əsasən qaz hasilatının azalması və zəifləmiş kənd təsərrüfatı ixracı ilə əlaqələndirilir. Fond bildirib ki, Rusiyanın davam edən təcavüzü səbəbi ilə Ukraynanın əlavə dövlət büdcəsi tərtib etməsinə ehtiyac yaranacaq.

IMF direktorunun birinci müavini Gita Qopinat bildirib: “Rusiyanın müharibəsi Ukraynaya sosial və iqtisadi baxımdan ciddi zərbə vurmaqda davam edir. Buna baxmayaraq, hökumətin məqsədyönlü siyasəti və beynəlxalq dəstək sayəsində makroiqtisadi sabitliyi qorumaq mümkün olub.”

O əlavə edib ki, Ukrayna iqtisadiyyatı davamlılıq nümayiş etdirib, lakin müharibə perspektivlərə mənfi təsir göstərir: “Əmək bazarındakı gərginliklər və enerji infrastrukturuna dəyən ziyan artımı məhdudlaşdırır”. IMF-in qiymətləndirməsinə əsasən, Ukrayna nəzərdə tutulmuş bütün islahat və struktur hədəflərinə nail olub. Fond, həmçinin maliyyə bazarlarının sabitləşdirilməsi, beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi və qiymətli kağızlar bazarının qlobal normalara uyğunlaşdırılması məqsədilə yeni hədəflər müəyyən edib. Bununla əlaqədar Ukraynaya bu islahatları həyata keçirmək üçün daha çox vaxt tanınıb. Ukrayna hökuməti də IMF-dən bu il üçün maliyyə yardımının bəzi hissələrinin daha uyğun zamana keçirilməsini xahiş edib. Bu dəyişikliklərin Ukraynanın 2025-ci ilin sonunadək ehtiyaclarına daha yaxşı uyğunlaşdırılması məqsədi daşıdığı bildirilir.

Seçilən
7
50
sia.az

10Mənbələr