AZ

İlon Mask yeni siyasi partiyanın yaradılmasına çağırıb

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-da yeni siyasi partiyanın yaradılmasına çağırıb.APA xəbər verir ki, Mask bu barədə "X" hesabında yazıb. Sahibkar bu çağırışını ABŞ Prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsinə tənqidi münasibəti fonunda səsləndirib."Bu qanun layihəsinə görə hökumətin borc tavanı rekord səviyyədə — 5 trilyon dollar artırılır. Bu, dəhşətli xərclərdir və göstərir ki, əslində, biz birpartiyalı ölkədə yaşayırıq", - Mask vurğulayıb.

O qeyd edib ki, artıq "xalqın maraqlarını həqiqətən nəzərə alan" yeni bir siyasi partiyanın yaradılmasının vaxtı çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
19
apa.az

10Mənbələr