AZ

Qazaxıstan vətəndaşlarının İsrail və İrandan təxliyəsinin növbəti mərhələsi başa çatıb

Astana, 1 iyul, AZƏRTAC

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) dövlət qurumları və xarici tərəfdaşların yardımı ilə vətəndaşlarının İsrail və İrandan təxliyəsinin növbəti mərhələsini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.

“Nəticədə öz gücümüzlə İrandan 233 Qazaxıstan vətəndaşı, İsraildən isə 103 soydaşımızı təxliyə etmişik. Qazaxıstan XİN və səfirlikləri bölgədəki vəziyyəti gecə-gündüz müşahidə etməkdə və vətəndaşlarımıza lazımi konsulluq dəstəyi göstərməkdə davam edir”, - deyə o vurğulayıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

 

Seçilən
16
1
azertag.az

2Mənbələr