AZ

Klublararası dünya çempionatı: İnter turnirdə iştirakını dayandırdı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-də keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, "İnter" (İtaliya) və "Fluminense" (Braziliya) komandaları arasında keçirilən oyun 0:2 hesabı ilə yekunlaşıb.

Şarlott şəhərində baş tutmuş qarşılaşmada qolları üçüncü dəqiqədə Kano və əsas vaxta artırılmış dəqiqələrdə Pereyra du Nasimentu vurublar.

Qələbə sayəsində 1/4 final mərhələsinə adlayan Braziliya təmsilçisi bu mərhələdə "Mançester Siti" - "Əl-Hilal" cütünün qalibi ilə qarşılaşacaq

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
22
oxu.az

10Mənbələr