AZ

Bərdədə “Maqnoliya” restoranında mənşəyi məlum olmayan süd məhsulları aşkarlanıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Qasım bəy Zakir küçəsində fəaliyyət göstərən Fərid İlham oğlu Hüseynzadəyə məxsus “Maqnoliya” restoranında yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı restoranda mənşəyi məlum olmayan pendir, müşayiətedici sənədləri olmayan süd məhsulları aşkarlanıb. Eyni zamanda, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
33
azertag.az

10Mənbələr