AZ

1 milyon barel neft daşıyan tanker partlayıb

ain.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Liviya sahilləri yaxınlığında təxminən 1 milyon barel neft daşıyan "Vilamoura" tankerində partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “TMS Tankers” operator şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, tanker Yunanıstana aparılacaq və orada ekspertlər dəymiş ziyanı qiymətləndirəcəklər.

Gəminin ekipajı xəsarət almayıb, ətraf mühitin çirklənməsi müşahidə olunmayıb.

Partlayışın səbəbləri barədə məlumat verilmir.

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
6
sitat.info

10Mənbələr