AZ

Ailəsinin ayna sı... Həm fiziki, həm də psixoloji cəhətdən sağlam uşaqlar xoşbəxt ailələrdə böyüyür

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Həm fiziki, həm də psixoloji cəhətdən sağlam uşaqlar xoşbəxt ailələrdə böyüyür. Ailə uşağın ilk məktəbi, valideyn isə onun ilk müəllimidir. Bu səbəbdən uşağın fiziki, zehni, emosional və sosial inkişafı ailədə aldığı tərbiyədən və qayğıdan birbaşa asılıdır. Uşağın sağlamlığı üçün düzgün qidalanma, fiziki aktivlik, zehni və emosional tarazlıq, gigiyenik vərdişlər və müntəzəm tibbi yoxlamalar lazımdır. Normal və sağlam inkişaf üçün düzgün qidalanma və yuxu rejimi, vaxtında peyvəndlər və mühitin təhlükəsizliyi vacib rol oynayır".

Bu barədə Bizimyol.info xəbər portalına həkim-pediatr Şəhla Hacıyeva danışıb.

Uşaqların normal inkişafı üçün hansı addımlar atılmalıdır?Uşaqlarımızı fiziki cəhətdən sağlam böyütmək üçün nə etməliyik?

"Bu gün bu sual bir çox gənc anaları narahat edir. Körpəlikdən başlayaraq, uşaqlarla danışmaq, oxumaq, nağıl danışmaq zehni inkişaf üçün çox vacibdir.

Zülal, vitamin və minerallarla zəngin qidalar uşağın böyümə və enerjili olması üçün lazımdır.

Uşaqlarda peyvəndlərin vaxtında vurulması, boy və çəkilərinin izlənməsi, inkişaf göstəricilərinin yoxlanması mütləq lazımdır.

Gündəlik açıq havada oyun, idman, gəzmək, tullanmaq kimi fəaliyyətlər əzələlərin və motor bacarıqların inkişafına kömək edir.

Gigiyena və sağlamlıq vərdişlərini aşılamaq-diş fırçalama, əlləri yuma, düzgün oturma və yatma mövqeləri öyrətmək onların sağlam inkişafının təməlini təşkil edir.

Yaşıdları ilə münasibət qurmaq, eyni zamanda uşaqların bağçaya və oyun qruplarına cəlb edilməsi sosial bacarıqları artırır.

Ailədaxili gərginliklər uşağın psixologiyasına mənfi təsir edə bilər. Uşağın hisslərini dinləmək və onların duyğularına hörmətlə yanaşmaq vacibdir. Gecikmiş inkişaf, davranış problemləri və ya nitqində xüsusi ehtiyac şübhəsi olarsa mütləq psixoloqa və ya loqopedə müraciət edilməllidir.

Uşaq sağlamlığını qorumaq və inkişaf etdirmək üçün qədim zamanlardan bəri müxtəlif təbii üsullardan istifadə olunmuşdur. Onlardan biri də terapevtik masajdır. Bu üsul həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir göstərir və uşağın inkişafını çoxşaxəli şəkildə dəstəkləyir.

Əzələ və skelet sistemini gücləndirir

Masaj zamanı əzələlərə yönəlmiş təzyiq qan dövranını artırır, əzələlərin tonusunu normallaşdırır, zəif və hipotonik əzələlərdə aktivlik yaradır.

Sinir sistemini sakitləşdirir və balanslaşdırır

Mərkəzi sinir sisteminə rahatlaşdırıcı təsir göstərir. Hiperaktiv uşaqlarda sakitləşdirici, zəif tonuslu uşaqlarda isə stimullaşdırıcı rol oynayır.

Qan dövranı və limfa axınını gücləndirir

Qan dövranının yaxşılaşması orqanlara oksigen və qida maddələrinin daha effektiv çatdırılmasını təmin edir.

Tənəffüs və həzm sistemlərinə müsbət təsir edir

Körpələrdə qarın nahiyəsinə edilən masaj köp, qəbizlik kimi problemləri azaldır; döş qəfəsinə tətbiq edilən masaj tənəffüsün yaxşılaşmasına yardım edir.

Ana-bala bağını gücləndirir

Xüsusilə yeni doğulmuş dövrdə valideynin uşağa etdiyi masaj, fiziki təmas və ünsiyyət emosional bağları gücləndirir.

Rahatlıq və yuxu keyfiyyətini artırır

Masaj uşağın sinir sistemini sakitləşdirərək daha dərin və sakit yuxuya getməsini təmin edir Xüsusilə tez qıcıqlanan, ağlayan və narahat yatan uşaqlarda masaj çox effektiv üsuldur, stress və qorxunu azaldır.

Motor inkişafına müsbət təsiri

Masaj zamanı tətbiq olunan təzyiqlər sinir uclarını aktivləşdirərək hərəkət bacarıqlarının inkişafına dəstək verir.

Hərəkət koordinasiyasını yaxşılaşdırır

Masaj erkən inkişaf gerilikləri, nevroloji problemlər, əzələ tonusu pozğunluqları, serebral iflic, doğuş travmaları və yarımçıq doğulmuş uşaqlarda geniş istifadə olunur.

Fizioterapiya ilə birgə tətbiqi müalicənin effektivliyini artırır

Masaj üçün ən uyğun vaxt yeməkdən 1–1.5 saat sonra, yəni uşaq dincəldikdən sonradır.

Yatan uşağı masaj etmək olmaz

Masaj otağı isti, sakit və rahat olmalıdır. Masaj uşaq sağlamlığının qorunmasında və inkişafında təbii, təhlükəsiz və effektiv üsullardan biridir. Unutmayaq ki, sağlam uşaqlar – sağlam cəmiyyətin təməlidir".

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
11
bizimyol.info

10Mənbələr