AZ

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya PROBLEMİVİDEO

Kanalizasiya suları küçə boyu axır.

Xezerxeber.az xəbər verir ki, görüntülər Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəndir.

Küçədə artıq 10 gündən çoxdur ki, bu vəziyyət yaşanır. Sakinlər çirkab suyun içindən keçməyə məcbur olur, üfunət isə dözülməz həddə çatıb.

Ən acınacaqlısı odur ki, bu şəraitdə yaşayan insanlar hər ay su və kanalizasiya haqqını tam şəkildə ödəyirlər, lakin "xidmət" adı altında heç bir real fəaliyyət göstərilmir. 

Sumqayıt Su Kanal İdarəsindən "XəzərXəbər"ə bildirilib ki, həmin ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil. Sakinlər isə öz vəsaitləri hesabına lokal kanalizasiya xətti çəkiblər. Ancaq bu xətlər ərazidə fəaliyyət göstərən bir zavodun ərazisindən keçdiyi üçün idarə orada hər hansı texniki xidmət göstərə bilmir.

Ancaq buna baxmayaraq, zavod rəhbərliyi ilə danışıq aparılacaq və ondan sonra ərazidə xidmət həyata keçiriləcək. 

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
xezerxeber.az

1Mənbələr