İyunun 30-da Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə çıxış edən Türkiyə Prezidenti Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılışını xatırladıb.
"Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycan məhəlləsinin açılışını etdik. Mən təbii fəlakətin baş verdiyi ilk gündən etibarən ölkəmizə yardım əlini uzadan Azərbaycan xalqına bir daha təşəkkür etmək istəyirəm", - deyə Ərdoğan bildirib.
Türkiyə lideri həmçinin NATO-nun Haaqa sammitinin nəticələrinə də münasibət bildirib və qeyd edib ki, 2026-cı ildə Şimali Atlantika Alyansı liderlərinin növbəti görüşü Ankarada keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31