İngiltərəli Kil Spens gələn mövsümü Azərbaycanda keçirəcək.
Bizim.Media xəbər verir ki, adıçəkilən legioner "Karvan"la anlaşıb. 28 yaşlı vinger 16 ildən sonra Premyer Liqaya dönmüş Yevlax klubu ilə 1 illik müqavilə imzalayıb.
"Kristal Palas"ın yetirməsi yaxın günlərdə ölkəmizə təşrif buyuracaq. Ümumiyyətlə, "Karvan" onun karyerasında 14-cu komanda olacaq.
Spens buna qədər ölkəsi ilə yanaşı, Norveç, Litva, Almaniya və İspaniyada çıxış edib. O, son olaraq Şimali İrlandiyada «Kolerayn»nın formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media