Bakı. Trend:
Rusiya Federasiyasının Yekaterinburq şəhərində FederalTəhlükəsizlik Xidmətinin qanunsuz hərəkətləri nəticəsindəhəmvətənlərimizin həlak olması, ağır xəsarətlər alması və həbsi,eyni zamanda, Rusiyada yaşayan azərbaycanlılara göstərilən buaqressiv davranış və qeyri-insani münasibət qəbuledilməzdir.
Trend xəbər verirki, bunu Milli Məclisin deputatı Ramid Namazov bildirib.
Yekaterinburqda həmyerlilərimizə münasibətdə aparılan bufəaliyyətlər həm də Rusiya Federasiyasının digər bölgələrindəyaşayan azərbaycanlıları qorxudaraq arzuolunmaz seçim qarşısındaqoymaq məqsədi daşıyır.
Vətəndaşlarımız və xarici ölkələrdə yaşayan həmyerlilərimizyaxşı bilirlər ki, dünya azərbaycanlılarının Lideri ‒ AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altındavə tapşırıqlarına uyğun olaraq, aidiyyəti dövlət qurumları hərzaman dünyanın istənilən bölgəsində yaşayan soydaşlarımızın hüquqvə mənafelərinin qorunması istiqamətində lazımı addımlaratırlar.
Apardığımız monitorinqlər əsasında deyə bilərik ki, baş verənproseslərlə bağlı xeyli saxta və dezinformasiya xarakterliinformasiyalar paylaşılır. Vətəndaşlarımızı və xaricdə yaşayanhəmvətənlərimizi yalnız Azərbaycanın dövlət rəsmilərinin verdiyiməlumatlara inanmağa, yalan informasiyalara uymamağaçağırırıq.