Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” yoxlama oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu “Zirə” ilə qarşılaşıb. “Azersun Arena”da baş tutan görüş “Qarabağ”ın qələbəsiylə başa çatıb – 4:0.
“Qarabağ”ın Bakı hazırlığı iyulun 2-dək davam edəcək. Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək