AZ

Qurban Qurbanov: “Bu məsələnin üzərinə çox ciddi düşmüşük”

“Qarabağ” mövsümlərarası fasilədə ilk yoxlama oyununu keçirib. Ağdam klubu “Zirə” üzərində inamlı qələbə qazanıb – 4:0.

Msport.az xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

“Maraqlı oyun alındı. Xüsusən də, birinci hissədə rəqib çox yaxşı təşkilatlanmış şəkildə görünürdü. İkinci hissə bir qədər fərqli oldu. Erkən qollar vurduq, oyun bizim üçün asanlaşdı. Bəzi səhvlərimiz oldu ki, bu da gözlənilən idi. Çünki futbolçuların hazırlığı hələ qaydasında deyil. Hazırda onlardan yüksək dinamikli oyun tələb etmək də düzgün olmazdı. Komandanın fiziki durumu hələ istədiyimiz səviyyədə deyil. Qarşıdakı günlərdə daha çox diqqət ayıracağımız məqamlar oldu”.

Baş məşqçi transfer çalışmalarının davam etdiyini bildirib: “Həmişə olduğu kimi, transfer danışıqları gedir. Bu məsələnin üzərinə çox ciddi düşmüşük. Bu elə prosesdir ki, dərhal həll olunmur”.

Seçilən
5
17
msport.az

10Mənbələr