AZ

Bakıda Bir qucaq qayğı festivalı keçirilib

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə "Bir qucaq qayğı" festivalı keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir yubiley xarakteri daşımaqla yanaşı, uşaqların isti ailə mühitində böyüməsinin önəmini vurğulamaq məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər sosial sahədə həyata keçirilən genişmiqyaslı islahatlar haqqında məlumat verib. O, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həssas əhali qruplarına, xüsusilə də uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun ötən dövrdə həssas əhali qruplarından olan şəxslərin sosial xidmətlərlə təmin edilməsi istiqamətində gördüyü işləri, həyata keçirdiyi layihələri diqqətə çatdırıb.

Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışı zamanı Sosial Xidmətlər Agentliyinin beş illik fəaliyyətini yüksək dəyərləndirib.

Bildirilib ki, "Bir qucaq qayğı" festivalının məqsədi dövlət qayğısı ilə əhatə olunmuş uşaqların cəmiyyətə inteqrasiyasını təşviq etmək, onların bacarıq və istedadlarını nümayiş etdirmək olub. Tədbirdə agentliyin müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri və digər benefisiarları çıxış ediblər. Onların ifasında mahnılar və rəqs nümunələri təqdim olunub.

Festivalda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, benefisiarlar, eləcə də sənət adamları - Xalq artisti Faiq Ağayev, müğənni Murad Arif və digər sənətçilər iştirak ediblər.

Festival çərçivəsində benefisiarların əl işlərindən ibarət sərgi təşkil olunub, interaktiv guşələr, master-klasslar həyata keçirilib.

Agentliyin müxtəlif xidmət istiqamətlərinə həsr olunmuş guşələrdə 5 il ərzində görülən işlər, təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib.

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

phrase_var_article.chosen
93
19
oxu.az

10phrase_var_article.sources