Bakı. Trend:
Azərbaycanlı gimnast Mətanət İbrahimova 2014 B kateqoriyasındadünyanın bir çok ölkələrindən qatılan idmançılarla bərabərTürkiyənin İstanbul şəhərində keçirilən “İstanbul Cup Uluslararası”və “Performance Cup Uluslararası” yarışmalarında iştirak edib.
Trend xəbərverir ki, 26-29 iyun 2025 tarixində kecirilən yarışmalara,Azərbaycandan da bir neçə bədii gimnastika klublarının ritmikgimnastları qatılıb, dərəcələr əldə ediblər.
Mətanət İbrahimova Türkiyənin İstanbul şəhərində qurucusuAzərbaycanın Olimpiya, Dünya və Avropa çempionu olan ValeryaYegayın Alev gimnastika klubunun üzvü, Türkiyə GimnastikFederasiyasının lisenziyalı idmançısıdır.
“İstanbul Cup Uluslararası” yarışmasında top və lent ilə yarışanMətanət top aləti ilə 3-cü, lent aləti ilə 8-ci olub. “PerformanceCup Uluslararası" yarışmasında isə Mətanət Halqa və İp aləti iləçıxış edərək Halqada 7-ci, İpdə isə 2-ci olub.
Azərbaycanla yanaşı, digər ölkələrin nümayəndələrinin həm hakim,həm yarışmaçı kimi qatıldığı yarışda Mətanətin Halqa aləti üçünseçdiyi mahnı da maraq doğurub. Bir çox millətlərin sahib çıxmaqistədiyi Azərbaycanın milli sərvəti sayılan “Sarı gəlin” mahnısıməhz Mətanətin Halqa yarışında 1 dəqiqə 30 saniyə Safura Əlizadəninifası ilə Azərbaycan dilində səslənib. Bir çoxları hətta hazırlıqprosesində belə, mahnıya sahib çıxmaq istəsə də, 10 yaşlı MətanətAzərbaycanın milli sərvətinə sahib çıxaraq, Azərbaycan dilində məhz"Sarı Gəlin"-in sədaları ilə gözəl çıxış edərək, dərəcə dəqazanıb.