AZ

"Sputnik Azərbaycan"ın işçilərinin saxlanılmasından sonra Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı

"Sputnik Azərbaycan"ın işçilərinin saxlanılmasından sonra Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldıRusiya Xarici İşlər Nazirliyi Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevi quruma dəvət edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RİA Novosti" xəbər yayıb.

Bildirilib ki, diplomat Bakının "qeyri-dost" hərəkətləri və rusiyalı jurnalistlərin "qanunsuz" saxlanılması ilə əlaqədar Rusiya XİN-ə çağırılıb.

Xatırladaq ki, bu gün "Sputnik Azərbaycan"ın ofisində əməliyyat keçirilib və iki nəfər saxlanılıb.

Seçilən
2
8
sonxeber.az

9Mənbələr