Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyəti ilə dəyirmi masa formatında görüş keçirilib.
Mia.az-ın məlumatına görə, görüş zamanı mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunub. Tədbirdə VŞQ-nin müxtəlif strukturlarını təmsil edən rəhbər şəxslər iştirak ediblər.