AZ

Trampın gəlini bu məşhura ƏRƏ GEDİR

Əfsanəvi qolfçu Tayqer Vudts şəxsi həyatında yeni addıma hazırlaşır.

Publika.az xəbər verir ki, mətbuatda idmançının kiçik Donald Trampın keçmiş arvadı Vanessa Trampla evlənməyi planlaşdırdığı barədə məlumatlar yayılıb.

"InTouch Weekly" yaxın mənbəyə istinadən xəbər verir ki, 48 yaşlı PGA Tour çempionu bu romantikanı "həyatının ən yaxşı münasibəti" kimi dəyərləndirib. Nəşrin bildirdiyinə görə, Vudts münasibətdən o qədər həyəcanlıdır ki, cütlüyün dostları nişan və toyun tezliklə baş tutacağına əmindirlər.

Qeyd olunur ki, Tayqer Vanessa ilə təkcə uzunmüddətli planlar qurmur, həm də bu yay ona dəbdəbəli sürprizlər hazırlayır. Şayiələrə görə, idmançı yaxta icarəyə götürüb, seçdiyi dostları ilə Aralıq dənizi ətrafında romantik səyahət təşkil edəcək.

Mənbə iddia edir ki, Vudts artıq "Vanessanın dünyasına tam qərq olub" və onu əhatə edənlər tərəfindən isti qarşılanıb. O, əvvəllər onunla birlikdə Ağ Evdə olub və burada da səmimi qarşılanıb.

Cütlük rəsmi olaraq "İnstagram"da münasibətlərini elan edib. Vudts birgə fotolar yerləşdirib və bu paylaşıma təsirli bir şərh yazıb: "Sevgi havadadır və mənim yanımda həyat daha yaxşıdır".

Seçilən
6
2
publika.az

10Mənbələr