AZ

İran qonşu ölkələrlə əməkdaşlıqla bütün ehtiyaclarını təmin edə bilər – Pezeşkian

Bakı. Trend:

Region və qonşu ölkələrlə qarşılıqlı əməkdaşlıq düzgün formadatəşkil olunarsa, İran bütün ehtiyaclarını təmin edə bilər.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu günTehranda iqtisadi birliklərin rəhbərləri ilə baş tutan iclasdadeyib.

Onun sözlərinə görə, İranın ətrafında çoxlu sayda qonşu ölkə varvə bu ölkələrdən hər birinin yüksək potensialı var.

Pezeşkian deyib ki, İran regional əməkdaşlıqla ehtiyaclarınıtəmin etməklə yanaşı, sanksiyaların mənfi təsirlərini azaldabilər.

İran prezidenti deyib ki, heç bir dil, etnik, dini mənsubiyyətfərqi qoymadan ölkənin problemlərinin aradan qaldırılması vəinkişaf istiqamətində potensiallardan istifadə olunmalıdır.

Qeyd edək ki, İranın ətrafında su və quru sərhədləri ilə 15qonşu ölkə yerləşir.

Seçilən
20
50
az.trend.az

10Mənbələr