AZ

Ölkədə toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib

Bakı. Trend:

Yeni dövlət standartlarının tətbiqi toxuculuq məmulatlarınınistehsalı zamanı şəffaflıq və etibarlılığın təmin olunmasına, eləcədə beynəlxalq və yerli bazarlarda daha yüksək keyfiyyətliməhsulların təqdim edilməsinə imkan yaradacaq.

Trend bubarədə AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanındaAntiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinintabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)tərəfindən
AZS ISO 1833-13 “Toxuculuq məmulatları – Kəmiyyət kimyəvi analizi -13-cü hissə: Müəyyən xlor tərkibli liflərin digər liflərləqarışıqları (karbon disulfid/asetondan istifadə üsulu)”, AZS ISO1833-14:2025 “Toxuculuq məmulatları - Kimyəvi kəmiyyət analizi -14-cü hissə: Asetatın bəzi digər liflər ilə qarışıqları (buzlusirkə turşusundan istifadə üsulu)”, AZS ISO 1833-15:2025 “Toxuculuqməmulatları - Kəmiyyət kimyəvi analizi - 15-ci hissə: Jütün bəziheyvan lifləri ilə qarışıqları (azotun miqdarının təyin edilməsiüsulu)”, AZS ISO 1833-16:2025 “Toxuculuq məmulatları - Kəmiyyətkimyəvi analizi - 16-cı hissə: Polipropilen liflərin bəzi digərliflərlə qarışıqları (ksiloldan istifadə üsulu)”, AZS ISO1833-17:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi -17-ci hissə: Sellüloza lifləri və müəyyən liflərin xlor tərkibliliflər və digər liflərlə qarışıqları (qatı sulfat turşusundanistifadə üsulu)”, AZS ISO 1833-20:2025 “Toxuculuq məmulatları -Kəmiyyət kimyəvi analizi – 20-ci hissə: Elastanın bəzi digərliflərlə qarışıqları(dimetilasetamiddən istifadə üsulu)”, AZS ISO1833-21:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi -21-ci hissə: Xlor tərkibli liflərin, müəyyən modakrillərin, müəyyənelastanların, asetatların və triasetatların bəzi digər liflərləqarışıqları (sikloheksanondan istifadə üsulu)”, AZS ISO1833-29:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi -29-cu hissə: Poliamidin polipropilen/poliamid ikikomponentliqarışıqları (sulfat turşusundan istifadə üsulu)” yeni dövlətstandartları qəbul edilib.

Yeni dövlət standartlarının qəbul edilməsində məqsəd toxuculuqməmulatlarında lif tərkibinin dəqiq və etibarlı şəkildəmüəyyənləşdirilməsi, bu məhsulların keyfiyyətinə nəzarətingücləndirilməsi və istehsal prosesində beynəlxalq tələblərəuyğunluğun artırılmasıdır.

Bu standartlar həmçinin toxuculuq sahəsində müxtəlif tərkiblilif qarışıqlarının standartlarda təsvir edilən sınaq üsulları iləanalizini əhatə edir.

Yeni dövlət standartları “Tekstil sahəsi” standartlaşdırma üzrəTexniki Komitə (AZSTAND/TK 45) tərəfindən qəbul olunub vəAZSTAND-ın Standartlaşdırma Üzrə Normativ Sənədlərin Dövlət Fondunadaxil edilib.

Qeyd edək ki, sözügedən standartlar Azərbaycan RespublikasıPrezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 nömrəli Sərəncamıilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalqtələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün DövlətProqramı”nin icrası məqsədilə istinad standartı kimi qəbuledilib.

Seçilən
13
19
az.trend.az

10Mənbələr