AZ

Ziraat Bank Azərbaycan “FINTEX SUMMIT BAKU 2025- Maliyyə və Texnologiyalar Sərgisi”ndə təltif olundu (FOTO)

Bakı. Trend:

2025-ci il 24-25 iyun tarixlərində Bakı şəhərində keçirilən“FINTEX SUMMIT BAKU 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”çərçivəsində “Ziraat Bank Azərbaycan” ASC ölkə və regionun maliyyəsektorunda baş verən yeniliklərə dəstək verən aparıcıiştirakçılardan biri kimi təmsil olundu. Nüfuzlu beynəlxalqtədbirdə iştirakına və göstərdiyi dəstəyə görə “Ziraat BankAzərbaycan” ASC Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Banktərəfdaş” mükafatı ilə təltif edildi.

Qeyd edək ki, “FİNTEX SAMMİT 2025 – Maliyyə və TexnologiyalarSərgisi” Azərbaycan Banklar Assosiasiyası və AzərbaycanRespublikasının Mərkəzi Bankının təşkilatçılığı, Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzinin dəstəyi və Visa şirkətinin qlobaltərəfdaşlığı ilə həyata keçirildi.

Ziraat Bank Azərbaycanın da tərəfdaşlığı ilə keçirilən tədbir“Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsalinteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik”mövzusuna həsr olmuşdur. İki gün davam edən sammitdə əsas diqqətmaliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri,süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq, regtechhəlləri və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıqmodellərinə yönəlmişdir. Eyni zamanda, kibertəhlükəsizlik vərəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar da genişmüzakirə edilmişdir.

Qeyd edək ki, tədbirdə ABŞ, Avropa İttifaqı, MDB, Yaxın Şərq vəAsiya-Sakit okean regionlarını təmsil edən 300-ə yaxın beynəlxalqvə regional təşkilat iştirak etmişdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir.Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmətgöstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvanşəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərəxidmət təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram, X-platforması, Linkedin, YouTube sosial mediahesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edəbilərsiniz.

Ziraat
Ziraat
Seçilən
19
5
az.trend.az

2Mənbələr