AZ

İran Starlink və casusluqla bağlı sərt qanun qəbul edib

BAKI, TurkicWorld

İran Starlink istifadəçilərinə qarşı sərt tədbirlər görür.

TurkicWorld xəbər verir ki, İran parlamenti İsrail və digər “düşmən” ölkələrlə əməkdaşlıq və Starlink kimi icazəsiz internet sistemlərindən istifadə ilə bağlı sərt cəzalar nəzərdə tutan yeni qanunu qəbul edib.

9 maddədən ibarət qanuna əsasən, Elon Musk-ın Starlink peyklərinə qoşulan istifadəçilər 6 aydan 10 ilə qədər həbs cəzası ilə üzləşə bilərlər. Starlink cihazlarını almaq, satmaq, istifadə etmək və ya başqasına təqdim etmək qadağan olunub.

Qanun həmçinin bildirir ki, bu cihazlardan 10 və ya daha çox istifadə edənlər 5 ildən 10 ilə qədər həbs edilə bilərlər.

Yeni qanun İsrail, ABŞ və digər xarici qüvvələr adına həyata keçirilən casusluq fəaliyyətlərini “yer üzündə təxribat” cinayəti kimi qiymətləndirir.

Xarici mediaya məlumat ötürənlərə də sərt cəza verilir: ictimaiyyət arasında qorxu və çaxnaşma yarada biləcək və ya milli təhlükəsizliyi pozacaq şəkil və məzmun paylaşanlar 2 ildən 5 ilə qədər həbs və ömürlük dövlət vəzifəsində işləmə qadağası alacaqlar.

Qanun müharibə və ya fövqəladə hal şəraitində bu cəzaların üç qat artırılmasını da nəzərdə tutur.

Qeyd edək ki, qanunun geriyə tətbiqi də mümkündür: qanun qüvvəyə minməmişdən əvvəl bu cür cinayətləri törədənlər və 3 gün ərzində özlərini hüquq-mühafizə orqanlarına bildirməyənlər də məsuliyyətə cəlb olunacaqlar.

Seçilən
27
50
turkic.world

10Mənbələr