"Qızımın 10 yaşı var, seçimlərini öz ixtiyarına buraxmışam".
Bunu meyxanaçı Namiq Qaraçuxurlu deyib.
"Afaqla onlar" verilişində qonaq olan sənətçi, ilk dəfə qızı ilə bağlı bəzi məqamlara toxunub:
"Qızımın 10 yaşı var, özü görünmək istəmir. Seçimlərini öz ixtiyarına buraxmışam. O özü nə vaxt mənə desə ki, bu olar, o olar, ona uyğun hərəkət edərəm. "Yaşıl teatr" konsertimdə də özü istədi, çıxdı səhnəyə, mən də onu təqdim etdim. Rəqsə çox meyillidir, bütün uşaqlar kimi rəqs etməyi o da sevir. Müğənni olmaq istəsə, heç bir etiraz bildirmərəm, dəstək olaram. Amma bizim müğənilərdən hələ ki, heç kimi dinləmir. Uşaq vaxtı mənim mahnılarıma qulaq asırdı, böyüyəndən sonra yox. "