Bakı. Trend:
İnvestisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığınstimullaşdırılması və vergi yükünün azaldılması məqsədilə VergiMəcəlləsində edilmiş dəyişikliklər çərçivəsində mədəniyyətsektoruna yönəlmiş yeni təşviq mexanizmi iyul ayından tətbiqolunacaq.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, 2025-ci il iyulun 1-dənetibarən fiziki şəxslər teatr tamaşaları, film nümayişi, muzeyziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyətxidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavədəyər vergisinin (ƏDV) 50 %-ni geri ala biləcəklər.
Bildirilib ki, bu güzəşt artıq bir sıra digər sahələrdə uğurlatətbiq olunan “ƏDV geri al” (cashback) mexanizmi ilə eyni qaydadahəyata keçiriləcək. İstehlakçılar bu xidmətlər üzrə ödədiklərinağdsız məbləğlərə dair əldə etdikləri kassa çekləri əsasındaƏDV-nin yarısını geri ala biləcəklər.
Qeyd edilib ki, həmin dəyişikliklər Vergi Məcəlləsinin 165.5-cimaddəsinə edilmiş əlavələr əsasında cari ilin əvvəlində təsdiqolunub. Yeni mexanizm mədəniyyət xidmətlərinə çıxış imkanlarınıartırmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən sahibkarlıqsubyektləri üçün rəqabət qabiliyyətinin və şəffaflığınyüksəldilməsinə təkan verəcək. Eyni zamanda, əlavə investisiyalarıncəlbi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və mədəniyyətsektorunun daha dayanıqlı inkişafı da əsas hədəflər sırasındadır.“ƏDV geri al” mexanizminin bu sektora da şamil olunması əhalininmədəniyyət xidmətlərinə marağının artmasına, uzunmüddətli dövrdəisə qiymətlərin tənzimlənməsi və bazarda sağlam rəqabətinformalaşmasına müsbət təsir göstərəcək.