AZ

Şəkər əlavə etmədən qəhvəni necə şirin etmək olar?

Bir çimdik duz qəhvənin acılığını azalda bilər.

News24.az xəbər verir ki, bu barədə qəhvə üzrə mütəxəssis Kaspar Kinq “Dailymail"-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir fincan qəhvəyə az miqdarda duz əlavə etməklə içkinin acı dadını xeyli "yumşaltmaq" mümkündür.

Kaspar Kinqin fikrincə, əslində yaxşı qəhvə hazırlamağın sirri əlavə edilən inqrediyentlərdə deyil, əsasən qəhvənin keyfiyyətində, düzgün üyüdülməsində və dəmlənmə üsulundadır:

“Əgər qəhvə düzgün hazırlanarsa, onun dad fərqi dərhal hiss olunur”.

Buna baxmayaraq, o əlavə edib ki, acı dadı xoşlamayanlar üçün bir çimdik duz  qəhvənin dadını dəyişə bilər:

“İnanın ya da inanmayın, espressoya bir az duz əlavə etmək onun dadını tamamilə dəyişə bilər. Çünki bəziləri acı dada qarşı daha həssas olur və duz bu sərtliyi yumşaldır”.

Nigar İlyasqızı 

Seçilən
30
10
news24.az

6Mənbələr