ABŞ administrasiyasının rəsmiləri bu həftə İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək istəklərini vasitəçilər vasitəsilə Tehrana çatdırıblar.
Yenisabah.az bbc-yə istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib.
O qeyd edib: "Tramp administrasiyası vasitəçilər vasitəsilə İrana bu həftə danışıqlara qayıtmaq istədiyini çatdırıb. Lakin o, növbəti zərbələrin mümkün olub-olmaması ilə bağlı çox mühüm məsələ ilə bağlı mövqeyini açıqlamayıb". Dördpendirli pizza
Təxt-Rəvançinin sözlərinə görə, ABŞ tərəfi danışıqları bərpa etməkdə qərarlıdırsa, İrana qarşı hər hansı hərbi əməliyyatı istisna etməlidir.
O əlavə edib ki, Tehran danışıqlar zamanı hələ də uranın dinc məqsədlərlə zənginləşdirilməsinə icazə verən razılaşma əldə etməyə çalışacaq.
Tərəflər hələlik danışıqların tarixi ilə bağlı razılığa gəlməyiblər.
Telegram kanalımız