Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlər 29 iyun tarixdən 2 iyul 2025-ci il tarixədək onlayn qeydiyyatdan keçə bilərlər.
Viral.az xəbər verir ki, bu barədə idarənin feysbuk səhifəsindəki elanda deyilir.
Qeyd edək ki, tələblər aşağıdakı kimidir:
Son Yazılar:
- Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!
- “O vaxt onlara dönər alırdım, indi “cip”də gəzirlər…”
- “Sputnik-Azərbaycan”da əməliyyat KEÇİRİLİR
1. Hazırda ümumi təhsil müəssisəsində müddətsiz müqavilə ilə çalışması;
2. Hər iki iş yeri üzrə ümumi dərs yükünün 24 saatdan artıq olmaması;
3. Sertifikatlaşdırma üzrə test nəticəsinin minimum 85 faiz olması;
4. Sertifikatlaşdırma keçirilməyənlərə münasibətdə sonuncu qiymətləndirmə (diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu üzrə müsabiqə) nəticəsinin minimum 85 faiz olması;
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/BciQvbjKKzR4njDx7