AZ

Çepa: “Rusiya Azərbaycanla dostluq əlaqələrini saxlayacaq” | VİDEO

AzVision.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa “News.ru” nəşrinə müsahibəsində belə deyib.

“Düşünürəm ki, bu məsələ öz həllini tapacaq. Hər şeyi aydınlaşdırmaq lazımdır. Əminəm ki, çoxlarının bəzən pozmağa çalışdığı və buna səbəb axtardığı dostluq münasibətlərimizi qoruyub saxlamağın yollarını tapacağıq”,- rusiyalı parlamentari vurğulayıb.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın güc strukturları əməkdaşları Yekaterinburqda azərbaycanlıların 10-dan çox mənzilində axtarış apararaq, 50-yə yaxın adamı saxlayıb.
Bu zaman hüquq-mühafizə orqanlarının vəhşi və qanunsuz əməlləri nəticəsində saxlanılan Ziyəddin və Hüseyn Səfərov qardaşları dünyasını dəyişib. İlkin məlumata görə, onların ölümləri döyülmə və mümkün işgəncələr nəticəsində baş verib.

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli:"Qohumlarımız qorxu altındadır"
Saxlanılanların və şahidlərin sözlərinə görə, ağır vəziyyətə gətirilən bəzi azərbaycanlılara isə yalnız Azərbaycan dövlətinin müdaxiləsindən sonra tibbi yardım göstərilib. İşgəncələrə məruz qalan Vüqar Səfərov onun mənzilinə basqın edən xüsusi təyinatlıların insanları elektroşoker, dəyənək və linglə döydüklərini bilidirib.

İyunun 28-də Azərbaycan tərəfi rəsmi şəkildə Rusiyanı Yekaterinburqda baş verən hadisəni araşdırmağa çağırıb.

Rəsmi Bakı Rusiyanın güc strukturlarının əməkdaşlarının Azərbaycan əsilli Rusiya vətəndaşlarına qarşı dəhşətli zorakılıq əməllərinəqəti etirazınıbildirib. Bununla bağlıRusiya səfirliyinin müvəqqəti işlər vəkiliPyotr VolokovıxAzərbaycanın Xarici İşlər nazirliyinə çağırılıb.Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)Səbinə Əliyevaisə rusiyalı həmkarı Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (regional ombudsmanı) Tatyana Merzlyakovaya rəsmi məktub ünvanlayıb.

Eyni zamanada, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı iləparlament nümayəndə heyəti Moskvada keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməmək qərarını verib.

Bundan başqa, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulanmədəniyyət tədbirləri , o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
21
50
azvision.az

8Mənbələr