AZ

Luis Enrike: “Hər şeydən məmnunam”

PSJ-nin baş məşqçisi Luis Enrike 2025-ci il FIFA Klub Dünya Kubokunun “İnter Mayami” ilə 1/8 final oyununu (4:0) şərh edib.

Arena.az FIFA-nın DAZN şəbəkəsinə istinadı əsasında 55 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mən çox şadam, bizim ifamızda oyunun başlanğıcı xoşuma gəldi. Biz bunun öhdəsindən yaşı gəldik, çoxlu təhlükəli məqamlar yaratdıq, baxmayaraq ki, ikinci hissədə fürsətlərimiz az idi. Amma mənim hər şey xoşuma gəlir. Mən bütün oyunçularımdan razıyam., onlar oyuna düzgün kökləndilər”, deyə Luis Enrike məmnunluqla vurğulayıb.

Beləliklə, MLS nəhəngi “İnter Mayami” klublararası dünya çempionatı ilə vidalaşıb. Fransa nəhəngi PSJ isə yarışın 1/4 final mərhələsin adlayıb və bu mərhələdə Almaniya nəhəngi “Bayern”lə qarşılaşacaq.

Seçilən
44
28
arena.az

10Mənbələr