AZ

Klublararası dünya çempionatı zamanı TRT-nin Azərbaycanda yayımının dayandırılmasına aydınlıq gətirildi

"TRT“ və "TRT Spor“ kanalları 15 iyun - 13 iyul 2025-ci il tarixləri arasında ABŞ-da təşkil olunan futbol üzrə klublararası dünya çempionatının (FIFA Club World Cup) oyunlarının yalnız Türkiyə Respublikası ərazisində yayım hüququnu əldə ediblər.

 

Bu barədə Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

 

O qeyd edib ki, Azərbaycan ərazisində həmin oyunların yayım hüququ müvafiq yerli yayımçılar tərəfindən alınıb:

 

"Beynəlxalq praktikaya uyğun olaraq belə hallarda müstəsna yayım hüquqları çərçivəsində oyunların nümayişi zamanı xarici kanalların yayımı dayandırılır. 2022-ci ildə keçirilən futbol üzrə dünya çempionatının, habelə 2024-cü ildə keçirilən furbol üzrə Avropa çempionatının oyunlarının nümayişi zamanı da bu praktikadan istifadə olunurdu".

Tarix: 30 İyun 2025, 12:21   
Seçilən
25
50
pravda.az

10Mənbələr