AZ

Şabranda kişi bıçaqlandı - Oğlu tutuldu

Şabranda bıçaqlanma hadisəsi olub.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Əmirxanlı kəndində baş verib.
 
Kənd sakini, 26 yaşlı Ramil Rahib oğlu Əsədov yaşadığı evdə münaqişə zəminində atası 52 yaşlı Rahib Əsədovun qarnına bıçaqla xəsarət yetirib.
 
Yaralı xəstəxanaya yerləşdirilib. R.Əsədov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
15
37
moderator.az

10Mənbələr