AZ

BAKININ YÜRÜTDÜYÜ MÜSTƏQİL SİYASƏT MOSKVANI QICIQLANDIRIR

27 iyun 2025-ci il tarixində Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımızın yerli polis işçiləri (OMON) tərəfindən işgəncə ilə öldürülməsi Azərbaycan cəmiyyətini sarsıtdı. Heç bir siyasi fəaliyyəti olmayan bu insanların qətli hadisələrin sifarişli olması qənaətini formalaşdırır. Dinc, mülki insanlara qarşı törədilən bu vəhşi aktın Rusiyanın Ali rəhbərliyinin sifarişi ilə həyata keçirildiyi ehtimalını artırır.

Müşahidələr göstərir ki, son aylar Rusiyada qeyri-rus millətlərə qarşı keçirilən aşağılayıcı "tədbirlər" davam etdirilir. Xüsusilə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Azərbaycan vətəndaşları müxtəlif bəhanələrlə saxlanılır. Onlar şərlənir və sonda məlum olur ki, əsas məqsəd həmin şəxsləri Ukraynaya qarşı müharibədə iştiraka cəlb etməkdir. 

Hələ təxminən bir neçə ay bundan əvvəldən başlayaraq, Kremldən idarə olunan bəzi siyasıtçilər və müxtəlif televiziya kanalları hökuməti Azərbaycan vətəndaşlarına qarşı tədbirlər görməyə çağırırdı. Açıq-aydın görünür ki, rəsmi Bakının yürütdüyü müstəqil siyasət aşağıdakı səbəblərdən Moskvanı qıcıqlandırı:

1. Azərbaycanın Avropanın təbii qazla təmin edilməsində rolu artır; 

2. Azərbaycan Beynəlxalq Orta Dəhlizin əsas həlqəsi olaraq, Mərkəzi Asiya ilə Avropa arasında etibarlı strateji tranzit körpü kimi çıxış edir;

3. Rəsmi Bakı Cənubi Qafqaz və Yaxın Şərq hadisələrində müstəqil siyasət yürüdür;

4. Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak edir;

5. Bakı bir çox beynəlxalq layihələrin təşəbbüskarı və aparıcı qüvvəsi kimi çıxış edir.

Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərməsini Rusiyanın şovinist və imperialist təfəkkürlü siyasətçiləri həzm edə bilmirlər. Məhz bu səbəblərdən Kreml Azərbaycana qarşı təzyiqlərini artırmağa çalışır. Son aylar baş verən hadisələrin təhlili göstərir ki, Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı törədilən qətl və işgəncə aktları da bu təzyiqlərin nəticəsidir.

Diğər tərəfdən məlum olur ki, Rusiyanın imperialist təfəkkürlü siyasətçiləri azərbaycanlılardan Bakıda “Rus evinin” qapadılması, Marqarita Simonyanın rəhbəri olduğu “Sputnik” agentliyinin ölkəmizdəki fəaliyyətinin məhdudladırılmasının intiqamını alırlar. İmperialist təfəkküründən qurtula bilməyən Moskva rəhbərliyi Qarabağın mərkəzində Xankəndidə konsulluq açmaq istəyir.

Rusiyanın apardığı anti-azərbaycan siyasəti, xüsusilə Yekaterinburqda baş verən hadisələr göstərir ki, biz daha diqqətli olmalıyıq. Çünki "batan gəminin" fəsadları da ağır olur. Ən pisi odur ki, Yekaterinburqdakı hadisələr Rusiyanın başqa bölgələrində də təkrarlana bilər. 

Düşünürük ki, bu səbəblərə görə Yekaterinburqda soydaşlarımıza qarşı törədilən vəhşi hərəkətlərlə bağlı ciddi tədqiqat aparılmasını, qətli, zorakılığı törədən şəxslərin və sifarişçilərinin cəzalandırılmasını Moskvadan tələb etməliyik.

Son zamanlar başqa millətin nümayəndələrinə Rusiyada yaşamaq və işləmək haqqı təhlükəli həddə çatıb. Əgər bir ölkənin prezidenti “harda Rusiya əsgəri varsa, ora elə Rusiyadır” deyirsə, biz onunla necə dostluq edə bilərik..?!

Qəvami SADIQBƏYLİ

29 iyun 2025-ci il

Seçilən
21
48
hurriyyet.az

10Mənbələr