AZ

Qonşu ölkələr öz ərazilərindən İrana hücuma icazə verilmədiyini elan ediblər – İran XİN

Bakı. Trend:

İran qətiyyətlə elan edir ki, aparılan məsləhətləşmələrdə qonşuölkələr ərazilərindən İran əleyhinə hücumlara icazə verilmədiyinivə gələcəkdə də icazə verilməyəcəyi bildiriblər.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (30 iyun) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, istisna olmadan bütün qonşu ölkələr İranıarxayın ediblər ki, heç bir vəchlə öz ərazisindən və ya səmasındanİran əleyhinə hücumlar üçün istifadə etməsinə icazəverməyəcəklər.

Bəqai bildirib ki, qonşu ölkələr yaxşı qonşuluq və beynəlxalqhüquq normaları çərçivəsində öz öhdəliklərini tam şəkildə bilirlər.Buna əsasən öz ərazilərini üçüncü ölkəyə hücum etmək üçün başqaölkələrin ixtiyarına vermirlər.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Seçilən
41
50
az.trend.az

10Mənbələr