AZ

Türkiyəli diplomat: “Biz prosesin konstruktiv davamına ümid edirik”

Türkiyə Rusiya və Ukrayna arasında İstanbulda keçirilməsi planlaşdırılan danışıqların üçüncü raundunun konstruktiv keçəcəyini və həll prosesində irəliləyiş əldə edəcəyini gözləyir.

Editor.az xəbər verir ki, bu barədə türkiyəli diplomat deyib.

O, Türkiyə tərəfinin planlaşdırılan danışıqlardan gözləntiləri ilə bağlı sualı cavablandırarkən deyib: “Biz prosesin konstruktiv davamına ümid edirik”.

Agentlik mənbəsi qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun tarixinin tezliklə müəyyənləşdirilməsini gözləyir.

Qeyd edək ki, iyunun 29-da Minskdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclaslarında çıxış edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Kiyev nümayəndələri arasında yeni görüşün hələ planlaşdırılmadığını bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr