Arıqlamaq istəyənlərin ən çox verdiyi suallardan biri budur: səhərlər acqarına limonlu su içmək daha yaxşıdır, yoxsa alma sirkəsi? Bu iki təbii vasitənin təsiri uzun müddətdir ki, müzakirə olunur. Mütəxəssislərin fikrinə və elmi araşdırmalara əsasən isə cavab düşündüyünüzdən bir qədər fərqli ola bilər.
News24.az araşdırmanı təqdim edir:
Limonlu su: Detoks təsiri, yoxsa mif?
Limonlu su aşağı kalorilidir, C vitamini ilə zəngindir və immun sistemini gücləndirməyə kömək edə bilər.
Müsbət təsirləri:
1. Maddələr mübadiləsini sürətləndirir
2. Həzmə kömək edir
3. Dərini qoruyan antioksidantlar ehtiva edir
4. Ödəmin azaldılmasına kömək edə bilər
Qeyd etmək lazımdır ki, limonlu su birbaşa olaraq bədəndəki piyləri əritmir. Onun arıqlama prosesinə təsiri yalnız düzgün qidalanma və aktiv həyat tərzi ilə birlikdə nəzərəçarpacaq olur.
Alma sirkəsi: Daha uzun toxluq və qan şəkərinə nəzarət
Alma sirkəsinin faydaları isə daha çox qan şəkəri səviyyəsinin tənzimlənməsi və toxluq hissinin artırılması ilə əlaqələndirilir. Araşdırmalar göstərir ki, sirkəli su yeməklərlə birlikdə və ya acqarına qəbul edildikdə, iştahın azalmasına və daha az kalori qəbuluna səbəb ola bilər.
Bəs hansını seçməliyik?
Elmi araşdırmalar alma sirkəsinin bir addım öndə olduğunu göstərir. Toxluq hissini yaratması və qan şəkərini balansda saxlaması arıqlama prosesinə daha çox dəstək verir. Bununla yanaşı, limonlu su da ümumi sağlamlıq və gündəlik su qəbulunu artırmaq üçün faydalıdır.
Nigar İlyasqızı