AZ

AzMİU müəlliminin tədqiqatı ölkədəki tikinti müəssisələrinin innovativ fəaliyyətini aktivləşdirə bilər

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesiniqtisadiyyatı və menecment kafedrasının baş müəllimi, sosialməsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyevdissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfədoktoru elmi dərəcəsinə layiq görülüb. Bununla əlaqədar olaraq onaAzərbaycan Respublikasının Prezidenti yanında Ali AttestasiyaKomissiyası tərəfindən fəlsəfə doktoru diplomu təqdim edilib.

Orxan Naqdiyevin “Azərbaycan Respublikasında tikintimüəssisələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsindəinvestisiya-innovasiya fəaliyyətinin idarə edilməsi vətəkmilləşdirilməsi istiqamətləri” mövzusunda hazırladığı elmiaraşdırma ölkə iqtisadiyyatının strateji sahələrindən olan tikintisektorunda innovativ idarəetmənin yeni metodlarını elmi əsaslarlaortaya qoyur. Tədqiqatda tikinti məhsullarının rəqabətüstünlüklərinin artırılması məqsədilə reproduktiv-təkamül yanaşmasıəsasında strateji model hazırlanıb. Bu model tikintimüəssisələrinin texnoloji inkişafı, innovativ fəaliyyətinaktivləşdirilməsi, beynəlxalq keyfiyyət standartlarına uyğunluq vəsosial məsuliyyət prinsiplərinin tətbiqi kimi vacib istiqamətləriəhatə edir.

Dissertasiya işinin nəticələri həm də praktiki baxımdanəhəmiyyətlidir. Tədqiqat nəticəsində əldə olunan təklif vətövsiyələr tikinti müəssisələrində innovasiya-investisiyafəaliyyətinin daha səmərəli idarə olunması və bu sahədə milliinkişaf strategiyasının təkmilləşdirilməsinə töhfə vermək imkanınamalikdir. Araşdırmanın nəticələri, həmçinin sahə üzrə metodolojisənədlərin və normativ bazanın hazırlanmasına dəyərli töhfələr verəbilər.

Alimlik dərəcəsini qazandıqdan sonra Orxan Naqdiyev gələcəkfəaliyyətində elmi-pedaqoji sahədə işlərini daha dagenişləndirməyi, mövzu ilə bağlı nüfuzlu beynəlxalq elmi bazalardaməqalələrinin sayını artırmağı qarşısına məqsəd qoyub.

Seçilən
18
1
az.trend.az

5Mənbələr