AZ

"Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır" - Məhkəmə işi

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az Report-a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

"İnternetdə elan var idi. Bağçaya musiqi müəllimi axtarılırdı. Qızımla oraya getdim. Qızım bayırda gözlədi, mən içəri girdim. Havvaxanımın qəbulunda oldum. Dedi ki, işə düzəlmək üçün 3-4 min pul verməlisiz. Razılaşdıq, qızım işə düzəldi, 2 ay 300 manat maaş aldı. Sonra maaş verilmədi. Prokurorluğa müraciət elədim. Havvaxanımın atası 3 min manatını qaytardı, qalan 1000 manatını da onlara bağışladım", - o deyib.

"Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır. Sonra gəlnimə zəng edib dedilər ki, təcili pulu gətir, əks halda yerinə başqa adam götürəcəklər. Dedim, 5 min verə bilməyəcəm, 4 min manat verəcəm qalanını maaşdan çıxarsız. Gəlnim 2 ay işlədi, amma maaş almadı. Bir gün Havvaxımın yanına gəldim. Soruşdum ki, nə məsələdir? Dedi, narahat olma, gəlnin pulu alacaq. Sonra öyrəndim ki, Havvaxanımı tutublar. Atası ilə danışdım, dedim ki, bankdan pul götürüb sizə vermişəm. Heç olmasa, pulu qaytarın bankın borcunu bağlayım. Mənə 2 min manat verib sənədə qol çəkdirdilər. İstintaq zamanı çağırılanda dedim ki, mən razı deyiləm, pulumu qaytarsınlar. Atası 1100 manat verib xahiş etdi ki, məsələni bağlayaq".

Seçilən
21
7
mia.az

3Mənbələr