AZ

Böyük Britaniya Türkiyəyə qırıcı təyyarələr satmağa hazırlaşır


Böyük Britaniya Türkiyəyə “Eurofighter Typhoon” qırıcılarının satışına hazırlaşır. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Türkiyə mətbuatına açıqlamasında deyib. nazir qeyd edib ki, hazırda bu istiqamətdə danışıqların müsbət nəticələnəcəyinə əmindir.
"Biz “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə mümkün ixracı məsələsində irəliləyişə nail olmağa davam edirik və əminik ki, “Eurofighter” konsorsiumunun dörd tərəfdaşının hamısı bu satışı dəstəkləyəcək", - D.Lemmi qeyd edib. Onun fikrincə, Türkiyəyə “Eurofighter”in satışı "NATO-nun əsas müttəfiqləri arasında onilliklər boyu inkişaf edən dostluq əlaqələrini gücləndirəcək".

Mətləb Salahov

Seçilən
2
50
baki-xeber.com

10Mənbələr