İspaniyada keçən həftə sonu temperatur rekord +46ºC-ə yüksəlib...
Poliqon xəbər verir ki, bu barədə El Tiempo məlumat yayıb.
Məqalədə bildirilir ki, Əndəlüsün Huelva əyalətində yerləşən El Qranadoda 28 iyun şənbə günü termometr +46°C göstərib.
Məqalədə deyilir: "Bu, müşahidələr başlayandan bəri iyun ayında İspaniyada qeydə alınan ən yüksək temperaturdur".
Montoro və Fuentes de Andalucia bələdiyyələri temperaturun +44°C və +43,9°C olduğu El Qranadodan geri qalıb.
El Tiempo yazır ki, isti dalğasının pik nöqtəsi daha da böyük istilərin olacağı bazar və bazar ertəsi arasında gözlənilir.
Poliqon.info