AZ

JPost: İran rəsmiləri Xameneinin ABŞ-la danışıqlara razılığını gözləyir

Yüksək vəzifəli İran rəsmiləri ABŞ-la danışıqlara başlamaq üçün İranın ali dini lideri Ayətullah Əli Xameneidən "yaşıl işıq" gözləyirlər.

Poliqon xəbər verir ki, bu barədə The Jerusalem Post mənbələrə istinadən yazıb.

Mənbələrin bildirdiyinə görə, Ayətullah Əli Xameneinin göstəriş verməkdən imtina etməsinin onun fikir ayrılığı, yoxsa ünsiyyət çətinliyi ilə bağlı olduğu aydın deyil. İran İnternational-ın məlumatına görə, İsrailin İrana zərbələrindən sonra Ali Rəhbər Tehranın şimal-şərqindəki bunkerə sığınıb.

Axios xəbər verir ki, İran və İsrail arasında qarşılıqlı zərbələr zamanı Ayətullah Əli Xamenei İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff arasında danışıqlara mane olub. Məlumata görə, bu qərar ABŞ prezidenti Donald Trampın iyunun 22-nə keçən gecə İranın nüvə obyektlərinə zərbələr endirmək əmri verməsinə səbəb olub. Reuters yazır ki, Tehran İsrailin hücumlarını dayandırması şərti ilə nüvə sazişi ilə bağlı müzakirələri bərpa etməyə hazır olduğunu bildirib.

Poliqon.info

Seçilən
32
50
poliqon.info

10Mənbələr