AZ

Tarixi dəyişən sevgi hekayəsi Milli Sevgililər Gününün pərdəarxası

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycanda Milli Sevgililər günüdür.

Kulis.az-ın məlumatına görə, bu günün qeyd edilməsi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

Onların toy günü 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

Fərizə Allahverdiyeva isə 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olub. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi. Cütlük İlhamın bacısının sayəsində tanış olub və 1989-cu il iyunun 30-u ailə qurub.

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb anasıgilə aparıb. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxıb.

İlham həmin gecə indiki "20 Yanvar" dairəsində vurulub. İlhamı həmin günü xəstəxanalardan birində tapıblar. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər, amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

Fərizə bu faciəyə tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurlar. Gecə hər kəs yuxuya getdikdən sonra Fərizə bir qab sirkəni içərək intihar edir.

O, bətnindəki körpəni də özü ilə məzara aparıb.

Nazir qızının faciəvi sonu - Səməd Vurğunun Cəlalı və Humayı, əslində, kim idi?

1-ci Uşaq Festivalı iştirakçılarının region səfərləri

Abdulla Elşadlı: "Get psixoloji dispanserə, sənin ciddi problemlərin var!" - Müsahibə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
kulis.az

2Mənbələr