AZ

Belqradda etiraz aksiyası keçirilir

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gecə Belqradda etirazçılar bir neçə mühüm küçəni bağlayıb və barrikadalar qurublar.

"Unikal" xəbər verir ki,  bu  barədə Serbiyanın “Blic” qəzeti məlumat dərc edib. 

Nəşr yazır ki, paytaxtda yüzlərlə insan  yolları yolayrıclarından, zibil qutularından düzəldilmiş çadır düşərgələrindən və barrikadalarla bağlayıb. Qəzetin yazdığına görə, Sava çayı üzərindəki Qazela körpüsü də bağlanıb. Oxşar aksiyalar Serbiyanın digər şəhərlərində də keçirilir.

Aksiyanı “Blokada” tələbə etiraz qrupu həyata keçirir. Sosial şəbəkələrdə buna yüz minlərlə insan abunə olub. O, Belqradın xəritəsini dərc edərək, insanları gəlib küçələri bağlamağa çağırdığı məqamları işıqlandırıb. Qrup iyunun 28-i axşam saatlarında polislə toqquşma zamanı bir neçə tələbənin nəzarətə alınmasından narazıdır. Ümumilikdə 77 nəfər saxlanılıb, 38 nəfər həbs edilib. Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 48-i polis olmaqla 70 vətəndaş yaralanıb.

Serbiya prezidenti Aleksandr Vuçiç iğtişaşların radikal iştirakçılarını “terrorçular” adlandırıb və mitinqlərdə iştirak edən Belqrad Universitetinin rektoru Vladan Cokiçi tənqid edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
unikal.az

1Mənbələr