AZ

Daha bir masa qurulur – Ankara konkret tarix açıqlayacaq

Türkiyə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun tezliklə təyin olunacağını gözləyir.

Ulusal.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə məlumatlı diplomatik mənbə məlumat verib.

Türkiyə tərəfi yeni danışıqları ən yüksək səviyyədə təşkil etməyə və aparmağa hazır olduğunu bildirib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan hər iki ölkənin nümayəndə heyətləri ilə məsləhətləşmələr apardığını və tərəflərin dialoqu davam etdirmək iradəsini açıqlamışdı.

“Ümid edirik ki, yaxın vaxtlarda konkret tarix açıqlanacaq. Türkiyə bu danışıqlar üçün platforma təqdim etməyə hazırdır”, – diplomatik mənbə qeyd edib.publika.az

Seçilən
76
5
moderator.az

10Mənbələr